Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2022-ci ilin aprel ayında keçirəcəyi qəbul və görüşlərin qrafikinə əsasən, aprel ayının 14-də Gəncə Regional Kollecinin Bayan 143A və C.Rəfibəyli 55 A küçələrində yerləşən yataqxanalarında və Gəncə Dövlət Universitetinin 2№li yataqxanasında kompakt şəkildə müvəqqəti məskunlaşan Xocalı rayon Xankəndi şəhər Kərkicahan qəsəbə sakinləri ilə səyyar qəbul-görüş keçirdi. Səyyar qəbul-görüşdə rayonumuzun icra başçısı, rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonunun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və sakinlər iştirak etdilər. Görüşdə əvvəlcə Xocalı rayon İHB-nın Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəsi Dərgah Haqverdiyev vətəndaşlar adından ümumi məsələlər barədə məlumat verdi. Qeyd etdi ki, sakinləri narahat edən əsas ümumi məsələlər mənzil və işlə təminolunma məsələləridir. Rayonumuzun icra başçısı Şahmar Usubov görüşdə çıxış edərək aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqindən tezislər gətirdi. Bildirdi ki, Cənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz öz inkişaf tempini artıra bilmiş, hər sahədə uğura nail olunmuşdur. Bütün bölgələrin iqtisadi inkişafı, abadlıq-quruculuq işləri diqqət mərkəzindədir. Qarabağın yenidən qurulması proqramının icrası da uğurla davam etdirilir. Sonda problemi olan vətəndaşlar fərdi şəkildə qəbul edildi. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürüldü.